Paytaxtda geniş dezinfeksiya işləri - VİDEO, YENİLƏNİB

Paytaxtda geniş dezinfeksiya işləri - VİDEO, YENİLƏNİB
Dezinfeksiya işləri 7-ci dəfə gücləndirilmiş qaydada aparılır

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə paytaxtin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər geniş şəkildə davam etdirilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqinin ilk günündən etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə, o cüməldən mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb.

Eyni zamanda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Həmçinin Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak edib.

Qeyd edək ki, dezinfeksiya işləri respublikanın şəhər və rayonlarında mütəmadi olaraq həyata keçirilir.

***

10:55

Paytaxtda geniş dezinfeksiya işləri

Dezinfeksiya işləri gücləndirilmiş qaydada aparılır

BŞİH-in şöbə müdiri Ayaz Hüseynov məlumat verir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər