Rusiyada COVID-19-dan ölənlərin sayı 10 mini keçdi

Rusiyada COVID-19-dan ölənlərin sayı 10 mini keçdi

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 674 515 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 6632 nəfərdə koronavirus aşkarlanıb. 

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 168 nəfər COVID-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 10027-ə yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 446 879-a çatıb. Belə ki, son sutka ərzində 8987 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, son sutka ərzində COVID-19 Rusiyanın 84 regionunda qeydə alınıb və yeni xəstələrin 39,6 %-də virus öz əlamətlərini büruzə verməyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər