Supermarketlərdə maska taxmayanlar cərimələnir - Fotolar

Supermarketlərdə maska taxmayanlar cərimələnir - Fotolar

Polis əməkdaşları iri supermarketlər şəbəkələrində maskalardan  istifadə etməyən və buna göz yuman obyekt sahiblərinə qarşı reydlər keçirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REAL-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda o cümlədən iri supermarketlər şəbəkələrində gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir. Supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

 Reydlər zamanı maketə maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi  cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq və sosial məsafənin gözlənilməsi məqsədi ilə  marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib.  Supermarketlərə sanitar-gigiyenik qaydalara ciddi əməl etməklə fəaliyyətin göstərməyin vacibliyi barədə bir daha xəbərdarlıq edilib.

Qeryd edək ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməlidir.  Əks halda həmin şəxslər və onların maskasız daxil olduqları qapalı məkan sahibləri ciddi cəzalandırılacaqlar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər