Müharibənin dinc qurbanları - VİDEO

Müharibənin dinc qurbanları - VİDEO
Mülki vətəndaşları hədəf seçən Ermənistan beynəlxalq hüququ pozur

Balaca Zəhranın qətlə yetirilməsi Ermənistan üzərində ikili məsuliyyət və cinayətin olduğunu bir daha sübut edir.

Birincisi, 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıb. Ermənistan bu sazişin şərtlərini davamlı olaraq, kobud şəkildə pozur. Digər tərəfdən Azərbaycan və Ermənistan 1949-cu ilin avqust ayında qəbul edilmiş Cenevre konvensiyasına qoşulub. Bu konvensiyanın şərtlərinə görə, dinc əhaliyə qarşı cinayətlərin törədilməsi qadağandır. Düşmən ölkə beynəlxalq hüquq qarşısında cavabdehlik daşısa da, bu konvensiyanın şərtlərinə də əməl etmir.

Bunu politoloq, millət vəkili Elşad Mirbəşir deyir.

Millət vəkili bu məsələdə də Azərbaycana qarşı ikili yanaşmanın mövcud olduğunu deyir. Azərbaycanda qətlə yetirilən mülki vətəndaşlarla bağlı BMT hesabatlarının olmaması buna bariz nümunədir:

Elşad Mirbəşir deyir ki, Beynəlxalq təşkilatların reaksiyasına nail olmaq üçün bu istiqamətlə davamlı olaraq yeni addımların atılması, yeni faktların ortaya qoyulması, xüsusi olaraq da belə halların cəzasız qalmasının beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratdığını əsaslandıran məqamları qabartmaq lazımdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 uşaq hələ də girovluqdadır. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakinin 63-ü uşaq olub. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkizi məktəbli olmaqla, 91 nəfər dinc sakin qətlə yetirilib.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki şəxslər, o cümlədən uşaqlar düşmən tərəfindən hədəf alınır, qətlə yetirilir. Təkcə son illərdə 34 uşaq erməni terrorunun qurbanına çevrilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər