Koronavirusa qalib gələnlər (VİDEO)

Koronavirusa qalib gələnlər (VİDEO)
Sağalanlar geridə qalan çətin günlərindən danışdılar

Bura Koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanalardan biridir.

Burada 300-dən çox aktiv virus daşıyıcısı var. Xəstələrin əksəriyyəti süni-tənəffüs aparatına qoşulub. Palatalarda nisbətən vəziyyətləri yüngül olan şəxslərin müalicəsi həkimlər tərəfindən davam etdirilir. Və qeyd edim ki, burda müalicə olunan xəstələrdən artıq bir neçəsi sağalıb və evə buraxılıb. Onlar ev şəraitində karantində qalacaqlar. Yenidən virusa yoluxmamaq üçün və qaydalara əməl etmək üçün həmin sağalan şəxslərə həkimlər öz tövsiyələrini veriblər. Elə xəstələr də var ki, onlar xəstəxanalara çox gec müraciət ediblər və hələ də bu xəstəliklə mübarizə aparırlar.

"COVID-19" testinin neqativ çıxması üçün çox əmək sərf olunur. Çox tərlər axır. Böyük bir mübarizə, çox çətin günlər arxada qalır. Bu mərhələdən keçmək həqiqətən də ağır imtahandır. Bu mübarizəni geridə qoyan, koronavirusdan sağalan şəxslər keçirdikləri ağır günləri qısa şəkildə bizə izah etdi. Onlar həm də xəstəliyin əlamətlərini bölüşdülər.

Koronavirusa qalib gəlməyin yeganə yolu qaydalara əməl etməkdir. Məsuliyyətli davranmaqdır. Maskanı çənəsinə, boğazına taxanlar, ağzını bağlayıb, burnunu açıq qoyanlar, polis görən kimi taxanları hələ də heç kim inandıra bilmir. İnamı isə elə virusun özü yaradır. İndi "virus hardadır? virus yoxdur!" deyənlərin bəlkə də özləri yoluxub. Kimi yüngül, kimi ağır formada keçirir. Bu virus hələ uzun zaman bizimlə yaşayacaq. Odur ki, biz qaydalara əməl edərək, onu yaşamağa qoymamalıyıq, özümüz yaşamalıyıq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər