"Evdə qal, həyatları xilas et!" - VİDEO

245 müharibə veteranına ərzaq yardımı paylanıb

General-polkovnik Tofiq Ağahüseynov 245 müharibə veteranına ərzaq yardım paketlərinin paylanılmasına dair tapşırıq verib.


Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketlərinin paylanılmasına dair tapşırıq verib. Aksiyanın keçirilməsinin məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlarımıza dəstək göstərməkdir.

General-polkovnik Tofiq Ağahüseynov "Evdə qal, həyatları xilas et!" çağırışı ilə müraciət edərək başda veteranlar olmaqla, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyi tövsiyyə edir.

Məlumat üçün qeyd edək ki, nəzərdə tutulmuş yardım aksiyası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun tağşırığı ilə bu gündən Təşkilatın Gənclərin Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın iştirakı ilə başladılıb.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər