Qanunsuz fəaliyyət göstərən kafenin icarədarı və müştərilər saxlanılıb - VİDEO

Qanunsuz fəaliyyət göstərən kafenin icarədarı və müştərilər saxlanılıb - VİDEO

Paytaxtın Nərimanov rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Nərimanov rayon polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə nərimanov rayonu ərazisində yerləşən kafenin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər