"Seria A"da "Milan" qalib gəlib

İtaliya A Seriyasının 30-cu turunun matçında "Latsio" "Milan"ı qəbul edib.

“Report” xəbər verir ki, görüş Romada "Olimpiko" stadionunda olub və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu "Milan"ın yarımmüdafiəçisi Hakan Çalxanoğlu hücumçu Zlatana İbrahimoviçin ötürməsi ilə 23-cü dəqiqədə vurub. 34-cü dəqiqədə İbrahimoviç özü penaltini uğurla reallaşdıraraq "qırmızı-qaralar"ın üstünlüyünü artırıb.

İkinci hissənin ilk dəqiqələrində "Latsio" oyuna yenidən meydançanın mərkəzindən başlamalı olub. Bu dəfə meydan sahiblərinin qapısına daha bir qolu qonaqların hücumçusu Ante Rebiç vurub.

"Latsio" İtaliya çempionatının yarış cədvəlində ikinci yeri tutur. "Milan" “Napoli”ni qabaqlayaraq altıncı sıraya yüksəlib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər