“Bavariya” Almaniya Kubokunun finalında "Bayer"ə qalib gəlib

“Bavariya” Almaniya Kubokunun finalında

"Bavariya" və "Bayer" komandaları futbol üzrə Almaniya Kubokunun final matçında üz-üzə gəliblər.

"Report"un məlumatına görə, Berlinin "Olimpiaştadion"da keçirilmiş qarşılaşma "Bavariya"nın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandadan ilk 2 qolu 16-cı dəqiqədə David Alaba və 24-cü dəqiqədə Serj Qnabri vurub. Hücumçu Robert Levandovski isə 59-cu və 89-cu dəqiqələrdə fərqlənərək, "dubl" edib. “Bayer”in heyətində 64-cü dəqiqədə Sven Bender və 90+5-ci dəqiqədə Kay Haverts fərqlənib.

Beləliklə, "Bavariya" ardıcıl 2-ci, tarixində 20-ci dəfə Almaniya Kubokunu qazanıb. Klub daha öncə ardıcıl 8-ci, tarixində 30-cu dəfə ölkə çempionu olub. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər