Braziliyada ötən gün koronavirusdan 1000-dən çox insan ölüb

Braziliyada ötən gün koronavirusdan 1000-dən çox insan ölüb

Braziliyada son sutka ərzində 37923 insan koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  1,577,004 nəfər yoluxub. Bu nəticə ilə ABŞ-dan sonra Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1091 nəfər bu virusdan həyatını itirib. Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 64265 nəfərə çatıb.  

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər