Yaponiyada son 2 ay ərzində ilk dəfə olaraq 200-dən çox yoluxma qeydə alınıb

Yaponiyada son 2 ay ərzində ilk dəfə olaraq 200-dən çox yoluxma qeydə alınıb

Yaponiyada ötən gün ərzində koronavirusa 249 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər isə virusdan həyatını itirib.

REAL xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. 

Məlumatda qeyd olunur ki, son 2 ay ərzində ilk dəfə olaraq 200-dən çox yoluxma halı dünən qeydə alınıb.

Tokionun meri Yuriko Koyike vətəndaşların önəmli olmadığı təqdirdə şəhərdən çıxmamalı olduqlarını bildirib. 

Xatırladaq ki, Yaponiyada ümumilikdə 19994 nəfər koronavirusa yoluxub ki, bunlardan 712-i "Diamond Princess" gəmisində aşkarlanıb. Ölkədə bu günə qədər 990 nəfər "COVID-19"un qurbanı olub. 

 

 

Digər xəbərlər
Bu gün
Dünən