Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib

Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib

Rusiyada hidrometeoroloqlar anomal istilər barədə xəbərdarlıq edib.

APA “RİA Novosti”yə istinadla bildirir ki, Saratov vilayətində, 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40 dərəcəyə qədər yüksələcək. 

Rostov (40-41 dərəcə), Həştərxan (40-42 dərəcə), Kalmıkiya (42-43 dərəcə) bölgələrində də isti hava gözlənilir.

Meteoroloji proqnozda o da deyilir ki, Başqırdıstan, Cənubi və Şimali Qafqaz Federal Dairələrində, Çelyabinsk, Kurqan, Kemerovo Bölgələrində, Altay diyarında, Krasnoyarsk diyarında, Çukotka Muxtar Dairəsində yüksək temperatura görə, yanğın təhlükəsi gözlənilir. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən