Binəqədi rayonunda polis reyd keçirir - VİDEO, YENİLƏNİB

Binəqədi rayonunda polis reyd keçirir - VİDEO, YENİLƏNİB
İcazəsiz küçəyə çıxan şəxslər cərimələnir

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, müvafiq icazə olmadan hərəkət edən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar.

Binəqədi RPİ-nin əməkdaşı Qoşqar Kazımov bildirdi, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Qeyd edək ki, Binəqədi rayonu ilə yanaşı, paytaxtın digər rayonlarındada rayon polis idarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirir.

 

***

14:32

Binəqədi RPİ-nin əməkdaşı Qoşqar Kazımov REAL-a reydlə bağlı məlumat verdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər