Bəstəkar Ennio Morrikone vəfat edib

Bəstəkar Ennio Morrikone vəfat edib

Məşhur italyan bəstəkarı Ennio Morrikone ömrünün 94-cü ilində vəfat edib.

Bu barədə REAL Rainews24 xəbər kanalına istinadən xəbər verir.

Bəstəkar dünən gecə Roma klinikalarında birində dünyasını dəyişib. Onun bir neçə gün əvvəl yıxılaraq zədə aldığı qeyd olunur. 

Ennio Morrikone Romada musiqiçinin ailəsində anadan olub, konservatoriyanı truba, çalğı və kompozisiya siniflərində bitirib.

Əvvəlcə gecə klublarında və otellərdə çıxış edib, daha sonra teatrda işləyib. 1950-ci ildə radio və televiziya üçün populyar mahnılar bəstələyib, 1966-cı ildə filmlər üçün musiqi yazıb.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər