Məcburi köçkünlər üçün 30 yeni bina (VİDEO-2)

Məcburi köçkünlər üçün 30 yeni bina (VİDEO-2)
Bu il 7000-dən çox məcburi köçkün ailəsi evlə təmin olunub

Ölkədə epidimioloji vəziyyətə baxmayaraq hökumətin həyata keçirdiyi sosial layihələr davam etməkdədir. Qeyd edilən bu sosial layihələr 2020-ci ildə büdcə xətti ilə reallaşır. Bu layihələr çərçivəsində məcburi köçkünlərə evlərinn verilməsi davam etdirilir. Məcburi köçkünlərin ailə şəraitinin yaxşılaşdırılması məqsədi ilə bu il ərzində ölkə başçısının tapşırığına əsasən rekord sayda yəni 7000-dən çox məcburi köçkün ailəsi evlə təmin olunacaq. Hazırda "QobuPark-3" yaşayış kompleksinə vətəndaşların köçürülməsi davam etdirilir.

Qeyd edək ki, 1131 ailə artıq püşkatmada iştirak etməklə öz mənzillərini seçib.

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevin sözlərinə görə hazırda Bakıda və Abşeron rayonunda məcburi köçkünlər üçün mənzillərin tikintisi davam etdirilir.

Yeni Ramana qəsəbəsində salınan yeni yaşayış kompleksində 30 9 mərtəbəli binada 1512 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Kompleksdə 1200 şagirdin təhsil alacağı məktəb, 280 uşağı qəbul edə biləcək bağça, həmçinin insanların asudə vaxtlarının səmərəli keçirməsi üçün parkların və uşaq meydançaları tikilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər