Türkiyədə son 24 saatda koronavirusdan daha 19 nəfər ölüb

Türkiyədə son 24 saatda koronavirusdan daha 19 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

REAL xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir qeyd edib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 5260 nəfərə çatıb.

Onun sözlərinə görə, son 24 saatda ölkədə 1053 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 207 897 nəfərə çatıb.

Son gündə 2297 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununlada ölkədə koronavirusdan sağalanların ümumi sayı 185 292 nəfər təşkil edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər