La Liqada "Atletiko" heç-heçə edib

La Liqada

İspaniya La Liqasında XXXV tur başlayıb.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə iki matç keçirilib.

“Valensiya” öz meydanında “Valyadolid”lə qarşılaşıb. “Yarasalar” oyunun sonlarında qələbə qolunu vuraraq 3 xal əldə ediblər.

Mükafatlara iddialı “Atletiko” “Selta”nın qonağı olub. Madrid təmsilçisi ilk dəqiqədə erkən qol vursa da, üstünlüyünü qoruya bilməyib.

Qeyd edək ki, tura iyulun 9-da yekun vurulacaq.

İspaniya La Liqası
XXXV tur
7 iyul
“Valensiya” – “Valyadolid” – 2:1

Qomes, 30, Li, 89 – Qarsia, 47
“Selta” – “Atletiko” – 1:1
Beltran, 49 - Morata, 1

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən