İngiltərə Premyer Liqasında "Arsenal" "Lester"lə bacarmayıb

İngiltərə Premyer Liqasında

İngiltərə Premyer Liqasında XXXIV tur başlayıb.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə üç matç keçirilib.

“Kristal Pelas”ın qonağı olan “Çelsi” məhsuldar keçən görüşdə qalib gəlib. Bu, londonluların 3-cü pilləyə yüksəlməsi üçün yetərli olub.

İlk “üçlük”dəki yerini tərk edən “Lester” isə paytaxtda xal itirib. Londondakı görüşdə “Arsenal” hesabı açsa da, “tülkülər” məğlubiyyətdən qaçıb. Autsayderi qəbul edən “Uotford” məğlub duruma düşsə də, “Norviç”i məğlub etməyi bacarıb. 

Qeyd edək ki, tura iyulun 9-da yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXXIV tur
7 iyul
“Uotford” – “Norviç” – 2:1

Douson, 10, Velbek, 55 – Buendia, 4
“Kristal Pelas” – “Çelsi” – 2:3
Saa, 34, Benteke, 72 – Jiru, 6, Pulişiç, 27, Abraham, 71
“Arsenal” – “Lester” – 1:1
Obameyanq, 21 – Vardi, 84

 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər