ABŞ ÜST-dən rəsmən ayrılır

ABŞ ÜST-dən rəsmən ayrılır
Ağ Ev rəhbəri D.Tramp məsələ ilə bağlı konqresə bildiriş göndərib

ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.
bu barədə senator Bob Menendes deyib.

“Bu, amerikalıların həyatını və onların maraqlarını qorumayacaq. Amerikanı xəstə və tək qoyacaq” - deyə senator “Twitter” səhifəsində yazıb.

Senator Trampın hərəkətlərini “xaotik və uyğunsuz” adlandırıb.

Onu da əlavə edək ki, Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından çıxacağı vaxt açıqlanıb.

Bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə göndərdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, rəsmi Vaşinqton 6 iyul 2021-ci il tarixindən etibarən Ümumdünya Səhiyyə Təşkilatından çıxacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər