Bazarda gizli faəliyyət göstərən kafe aşkarlanıb, 8 qadın saxlanılıb - FOTO

Bazarda gizli faəliyyət göstərən kafe aşkarlanıb, 8 qadın saxlanılıb - FOTO

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

REAL-ın məlumatına görə, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib. 

 

Digər xəbərlər
Bu gün
Dünən