Rusiyada COVID-19-a yoluxanların sayı 700 mini keçib

Rusiyada COVID-19-a yoluxanların sayı 700 mini keçib

Rusiyada 700 mindən çox insan koronavirusa yoluxub.

Moskvada ölənlərin sayı 4000-i keçib.

Operativ qərargahın məlumatında bildirilib ki, son 24 saat ərzində Rusiyada 6562 koronavirus infeksiyası aşkarlanıb. Bu, əvvəlki gündən 6368 nəfər daha çoxdur. Xəstəliyə yoluxanların ümumi sayı 700 min 792-yə çatıb. 24 saat ərzində 173 xəstə koronavirusdan ölüb. 

Ölənlərin ümumi sayı 10 667 nəfərdir (1.5%). 24 saat ərzində 8631 nəfər sağalıb - ardıcıl iki günün nəticəsi gün ərzində yoluxanların sayından çoxdur. Cəmi 472 511 nəfər sağalıb (67,4%).

REAL

 

Digər xəbərlər
Bu gün
Dünən