Dünya koronavirusun əsarətində

Dünya koronavirusun əsarətində
Virusa yoluxanların sayı 12 milyona yaxınlaşır

Dünyada koronavirusa yoluxanların sayı 12 milyona yaxınlaşır.

Hazırda 11 964 505 nəfərin virusa yoluxduğu məlumdur.

Virusdan 546 964 nəfər ölüb.

6.9 milyondan çox insan isə virusdan sağalıb.

Yoluxma və ölüm hallarının sayına görə ilk yerdə Amerika Birləşmiş Ştatları gəlir.

Burada 3 milyondan çox insan virusa yoluxub.

Onlardan 133 972-si virusun qurbanı olub. 1.6 milyondan çox insan aktiv virus daşıyıcısıdır.

Qeyd edək ki, virus ilk dəfə Çinin Uhan şəhərində baş qaldırıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər