Honkonqda yeni təhlükəsizlik idarəsi

Honkonqda yeni təhlükəsizlik idarəsi
Yeni idarə birbaşa rəsmi Pekinə tabedir

Çinin Honkonq muxtar regionunda birbaşa rəsmi Pekinə tabe olan yeni milli təhlükəsizlik idarəsi fəaliyyətə başlayıb.

Honkonq administrasiyasının rəhbəri Kerri Lam və Çinin kommunist partiyası rəsmiləri idarənin açılışında iştirak ediblər.

Xatırladaq ki, Çin hökuməti bir neçə gün əvvəl regionda təhlükəsizliyi gücləndirmək məqsədilə yeni qanun da qəbul edib.

Qanun layihəsi Honkonqda bölücü siyasət yürüdən istənilən fəaliyyəti qadağan edir.

Polisin bu kimi fəaliyyətlə məşğul olan şəxs və ya qruplaşmalara qarşı heç bir reyd icazəsi almadan əməliyyat keçirməsinə səlahiyyət verilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər