Karantin qaydalarına riayətin vacibliyi - VİDEO

Karantin qaydalarına riayətin vacibliyi - VİDEO
Millət vəkili: Yaxınlarından virusa yoluxanın olmadığı çox az adam var

Karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır.

Bunu REAL-a müsahibəsində BAXCP sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev deyib.

Millət vəkili hesab edir ki, bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Qüdrət Həsənquliyevin fikrincə, polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilməlidir.

Qüdrət Həsənquliyev deyir ki, Azərbaycanda ilk günlərdən koronavirusun yayılmasına qarşı qabaqlayıcı tədbirlər görüldü və vəziyyət nəzarətdə saxlanıldı. Bunun belə, millət vəkili hesab edir ki, yeni xətəxanalar açılsa da, vətəndaşlar arasında sosial məsuliyyət infeksiyaya qarşı mübarizədə ən vacib amildir.

[Qeyd edək ki, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Azərbaycanda daha bir neçə modul tipli xəstəxananın açılışı gözlənilir.

Digər xəbərlər
Bu gün
Dünən