Evdə müalicə prosesi açıqlandı - VİDEO

Evdə müalicə prosesi açıqlandı - VİDEO
Yoluxma şübhəsi yarandıqda vətəndaş poliklinikaya müraciət etməlidir

Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxan vətəndaşların evdə müalicə alma prosesini bəyan edib.

Belə ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir. Qeydiyyata düşdükdən sonra isə sahə həkimi həmin vətəndaşla telefon vasitəsilə əlaqə quraraq nəzarət etməlidir.

Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVİD-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir.

Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVİD-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir.

Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər

Qeyd edək ki, digər infeksion xəstəliklərlə yanaşı COVİD-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər