Şəmkirdə gecə reydi (VİDEO)

Şəmkirdə gecə reydi (VİDEO)
Karantin qaydalarını pozan 33 nəfər cərimələnib

Şəmkirdə kafe və restoranlarda gecə reydi keçirilib.

Karantin rejimi qaydalarının təmin olunması istiqamətində Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargahın və Rayon Polis Şöbəsinin əməkdaşları reyd keçiriblər. Xüsusilə axşam saatlarında kafe, restoran və çayxanalarda bəzi neqativ hallara yol verildiyi aşkarlanıb.

Obyektlərin işçiləri və sahibləri barədə qanuna müvafiq tədbirlər görülüb. Polis əməkdaşları tərəfindən 33 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib olunan protokol əsasında 200 manat məbləğində cərimə edilib.

Təzəkənd kənd sakini Rauf Cəfərov isə yerli məhkəmənin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər