Sumqayıtda küçəyə çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı - VİDEO

Sumqayıtda küçəyə çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Bu barədə REAL-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayaşan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Şəxs Polisin nəzarətinə götürülüb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər