Daşkənddə bir toyda 79 adam koronavirusa yoluxub

Daşkənddə bir toyda 79 adam koronavirusa yoluxub

Özbəkistanın paytaxtı Daşkənddə toy edən bir ailə onlarla insanın COVID-19-a yoluxmasına səbəb olub.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, toya çağırılan 90 qonağın 79-u koronavirusa yoluxub.
Qeyd edək ki, Özbəkistanda koronavirusla bağlı toy və digər ailə şənliklərinə 30 adamdan artıq qonağın çağırılması qadağandır. Buna görə də, toy sahibi eyni məclisi üç dəfə keçirmək qərarına gəlib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər