Bakıda gənc qız motosikletlə qəza törətdi

Bakıda gənc qız motosikletlə qəza törətdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Sürücü, 1992-ci il təvəllüdlü Qasımova Günay Ərəstun qızı “Koroglu” metrostansiyasının yaxınlığında motosikletə idarəetməni itirib. Nəticədə o, hadisə yerində bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər