Karantin qaydalarını pozaraq hovuzda istirahət edən şəxslər cərimələnib - FOTO

Karantin qaydalarını pozaraq hovuzda istirahət edən şəxslər cərimələnib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin biryerə toplaşaraq hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduqlarını müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan REAL-a verilən məlumata görə, həmin şəxslər Polis Şöbəsinə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejim qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib. Qaydaları pozanlar da etdikləri əməldən peşman olduqlarını səmimi olaraq etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər