AKFA-nın yeni layihəsi - VİDEO

AKFA-nın yeni layihəsi - VİDEO
Məqsəd karateçilərin məşqlərdən uzaq düşməmələridir

Dünyada yayılan koronavirus pandemiyasının yaratdığı problemlər idman sahəsindən də yan keçməyib.

Artıq neçə aydır ki, bütün idman yarışları təxirə salınıb, idman zallarında məşqlər dayandırılıb. İdmançıları yalnız evdə fərdi məşqlərlə kifayətlənirlər. İdmançıların formadan düşməmələri, məşqlərdən uzaq qalmamaları üçün Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin rəhbərliyi altında qurumun İdarə Heyətinin üzvləri arasında iclas təşkil olunub. Toplantıda yeni BLACK BELT adlı layihənin həyata keçirilməsi qərara alınıb. “Evdə qal, idmansız qalma!” prinsipini daşıyan layihənin əsas məqsədi də məhs pandemiya dövründə idmançılarda ruh yüksəkliyini artırmaq, onların idman vərdişlərinin itirməməsinə xidmət etmək, habelə gənclərə stimul verməkdir. Assosiasiyanın İdarə Heyətinin üzvü Arif Məmmədov bildirib ki, burada idmançılar ev şəraitində etdikləri məqşlərdən videoçarx hazırlamalıdırlar.



İdmançılar videoçarx hazırlayarkən İsinmə hərəkətləri, Əl və ayaq zərbələri, Ümumi və xüsusi fiziki hazırlıq hərəkətləri nümayiş etdirməlidirlər. Dünya və Avropa Çempionu Arif Məmmədov layihədə iştirak edən idmançılardan pul ödənişi tələb olunmadığını və sonda qaliblərə mükafatların veriləcəyini də deyib. Layihədə istənilən yaş qrupu üzrə oğlan və qız qoşula bilər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər