Yeni yarımstansiya istifadəyə verilib - VİDEO, YENİLƏNİB

Yeni yarımstansiya istifadəyə verilib - VİDEO, YENİLƏNİB
Yarımstansiya Nizami və Xətai rayonunu elektrik enerjisi ilə təmin edəcək

Paytaxtın Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kilovoltluq “8-ci km” yarımstansiyası yenidən qurularaq istifadəyə verilib.

"Azərenerji" ASC-nin mətbuat katibi Teymur Abdullayev məlumat verir.

"52 il bundan əvvəl istifadəyə verilən yarımstansiya istismar müdətini itirmişdi. İstismar müddətini çoxdan başa vuran “8-ci km” yarımstansiyasında tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Nəticədə burada Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları, inzibati-idarəetmə binası və digər zəruri infrastrukturu müasir səviyyədə yenilənib. Bu ərazilərdə çox mərtəbəli binaların, obyektlərin tikilməsi, təlabatı günü-gündən artırırdı. Bütün bunlara görə yarımstansiya yenidən quruldu. Yarımstansiya Nizami, Xətai rayonunun böyük hissəsini elektrik enerji ilə təmin edəcək. Burada 100 minlərlə əhalidən söz gedir ki, onların elektrik enerjisinin təmin edilməsi yaxşılaşacaq", - deyə Teymur Abdullayev bildirib.

Yarımstansiyanın yenidən qurulmasını zəruri edən səbəblərdən biri də Nizami rayonunda 35 kV-luq şəbəkənin genişlənməsi və gərginlik sinfinin dəyişdirilməsi idi.

Qeyd edək ki, yenidən qurulan yarımstansiya Xətai və Nizami rayonlarında yüz minlərlə əhalinin, sənaye, məişət-kommunal, təhsil, tibb və iaşə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsində mühüm rol oynayacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər