Oğurluq edən şəxslər saxlanılıb - VİDEO

Oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Saxlanılan şəxslər evlərdə silsilə oğurluq hadisələri törədib

Kürdəmirdə silsilə oğurluq hadisəsi baş verib. Kürdəmir rayon sakinləri Səlimova Pərvanə Həsrət qızı və Bünyətov Mübariz Əbləsən oğlu müxtəlif vaxtlarda rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus bir ədəd 50 litr su tutumu olan od samavarı,musiqi mərkəzi,su mühərriki və digər məişət əşyalarının oğurlanması ilə bağlı məlumat veriblər.Bununla bağlı Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluğu törədən şəxslər rayon sakinləri 27 yaşlı Hüseynov Mehman Rəhim oğlu və əvvəllər məhkum olunmuş 30 yaşlı Şükürov Ruslan Balacan oğludur. Keçrilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılaraq şübhəli şəxs qismində Kürdəmir rayon Polis Şöbəsinə gətirilib. İlkin dindirmə zamanı onlar etdiyi cinayət əməllərini etiraf ediblər.

Hazırda hər iki faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər