Virusa yoluxma halı 12 milyonu ötüb

Virusa yoluxma halı 12 milyonu ötüb
Virusdan ölüm hallarının sayı 552 129 nəfər təşkil edir

Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötüb.

Virusdan ölüm hallarının sayı isə 552 129 nəfər təşkil edir.

7 milyondan çox insan virusdan sağalıb.

Hazırda virusa ən çox yoluxma və ən çox ölüm halı Amerika Birləşmiş Ştatlarında müşahidə olunur.

Burada 3.1 milyondan çox insan virusa yoluxub.

135 minə yaxın insan virusun qurbanı olub.

Sutka ərzində virusundan ölüm hallarının sayına görə ilk yerdə Meksika gəlir.

Ötən gün Latın Amerikası ölkəsində 782 nəfər vəfat edib.

Qeyd edək ki, koronavirus ilk dəfə Çinin Uhan şəhərində baş qaldırıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər