Azərbaycan neft hasilatını azaldıb - VİDEO

Azərbaycan neft hasilatını azaldıb - VİDEO
İyunda "OPEC+" üzrə öhdəlik tam yerinə yetirilib

Bu ilin iyun ayında Azərbaycanda gündəlik xam neft hasilatı 553,8 min barel olub.

Energetika Nazirliyindən REAL-a verilən məlumata görə, bunun 434,7 min bareli "Azəri-Çıraq-Günəşli" (AÇG), 119,1 min bareli isə SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə hasil edilib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər