Türkiyədə yaşayan azərbaycanlılarla bağlı müzakirə aparıldı

Türkiyədə yaşayan azərbaycanlılarla bağlı müzakirə aparıldı
Baş konsulla Türkiyənin Baş İdarəsinin rəsmiləri arasında görüş keçirilib

Türkiyənin Miqrasiya Baş İdarəsinin xarici əlaqələr üzrə idarə rəisi G.Arslan və İstanbul Miqrasiya İdarəsinin rəisi R. Batunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizin İstanbuldakı Baş konsulu Məsim Hacıyev arasında görüş keçirilib.

Müzakirə olunan əsas məsələ 1990-cı illərdə ölkəmizdən Türkiyəyə gəlmiş vətəndaşlarımızın, bu ölkədəki sosial-hüquqi vəziyyətlərinin dəqiqləşdirilməsi və müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi olub. Bildirmək istərdik ki, qeyd olunan kateqoriyadan olub Türkiyə Respublikasında hal-hazırda yaşayan vətəndaşlarımızın üzləşdikləri sıxıntıların aradan qaldırılması istiqamətindəki fəaliyyət ölkə başçısı İlham Əliyevin birbaşa diqqəti və qayğısı nəticəsində mümkün olub. Görüş əsnasında İstanbuldakı Baş konsulluq tərəfindən bundan öncə keçirilmiş aidiyyəti görüşlərdə də irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb və qısa zaman ərzində məsələnin həllini tapacağı bildirilib.

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər