Suriyadan Türkiyəyə atılan mərmi nəticəsində bir nəfər ölüb - Foto

Suriyadan Türkiyəyə atılan mərmi nəticəsində bir nəfər ölüb - Foto
Atılan mərmilərdən biri yaşayış evinə düşüb

Türkiyənin Hatay vilayəti Suriya ərazisindən atəşə tutulub.

Real TV xəbər verir ki, YPG və PYD terrorçularının nəzarəti altında olan ərazilərdən Türkiyə ərazisinə iki mərmi atılıb. Atılan mərmilərdən biri yaşayış evinə düşüb. Hadisə nəticəsində 17 yaşlı qız həlak olub, 1 nəfər yaralanıb.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə