Tovuzda yollar yenidən qurulur - VİDEO

Tovuzda yollar yenidən qurulur - VİDEO
Yenidənqurma işləri 200 min kv.metr ərazini əhatə edir

Tovuz rayonunda 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Tikinti layihəsinə uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır.

Texnoloji ardıcıllığa əsasən növbəti məhrələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kv.m-dən çox sahəsində aparılır.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər