Qayda pozan şəxslər saxlanılıb - VİDEO

Qayda pozan şəxslər saxlanılıb - VİDEO
Hər iki şəxsə 15 sutka inzibati həbs cəzası verilib

Rayonlardan Bakıya qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini Hüseynov Nicat Xaləddin oğlu özünə məxsus olan avtomobillə postlardan yayınmaqla müvafiq icazəsi olmayan şəxsləri Bakı şəhərinə gətirərkən Dövlət Yol Polisinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində saxlanılıb.

Həmçinin Qəbələ rayon Bunud kənd sakini, 1985-ci il təvəllüdlü Ağakişiyev Əziz Gülağa oğlunun da Qəbələdən paytaxta qanunsuz sərnişin daşıdığı aşkar olunaraq saxlanılıb.

Hər iki şəxsə Abşeron rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci yəni karantin rejimi qaydalarını pozma maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər