Türkiyədə son 24 saatda koronavirusdan daha 18 nəfər ölüb

Türkiyədə son 24 saatda koronavirusdan daha 18 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

REAL xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir qeyd edib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 5300 nəfərə çatıb.

Onun sözlərinə görə, son 24 saatda ölkədə 1024 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 209 902 nəfərə çatıb.

Son gündə 2879 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununlada ölkədə koronavirusdan sağalanların ümumi sayı 190 390 nəfər təşkil edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər