AZAL çarter reysi ilə 189 həmyerlimizi vətənə gətirib - FOTO

AZAL çarter reysi ilə 189 həmyerlimizi vətənə gətirib - FOTO

Bu gün Azərbaycanın Milli aviadaşıyıcı AZAL Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə gətirib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən REAL-a verilən məlumata əsasənyalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər