Türkiyə Super Liqasında 31-ci tur başa çatıb

Türkiyə Super Liqasında 31-ci tur başa çatıb

Türkiyə Super Liqasında XXXI tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə 3 matç baş tutub.

Super Liqada qalmaq uğrunda mübarizə aparan komandaların duelində 5 qol vurulub. “Rizəspor” “Kayserispor” üzərində əzmkar qələbə ilə rəqibini arxada qoyub.

Təhlükəli zonada qərarlaşan “Konyaspor” “Qaziantep”in qonağı olub. Meydan sahibləri məğlub duruma düşsə də, sonda vurulan qollarla oyunda dönüş yaradıb.

“Beşiktaş” evdə “Kasımpaşa” ilə görüşüb. İstanbullular əzmkar qələbə ilə üç xal qazanıb.

Qeyd edək ki, növbəti turun matçları iyulun 11-13-də keçiriləcək.

Türkiyə Super Liqası
XXXI tur
9 iyul
“Rizəspor” – “Kayserispor” – 3:2

Samudio, 11, Qarmaş, 90, Fernandes, 90 – Angelo, 32, Kravets, 87
“Beşiktaş” – “Kasımpaşa” – 3:2
Boyd, 6, Boatenq, 49, Yalçın, 90 – Koyta, 21, 29
“Qaziantep” – “Konyaspor” – 3:1
Maksim, 87 (pen.), Soyalp, 89, Pavlovski, 90 - Miloşeviç, 13

 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər