Braziliyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır

Braziliyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır

Braziliyada son sutka ərzində 42619 insan koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  1,755,779 nəfər yoluxub. Bu nəticə ilə ABŞ-dan sonra Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1220 nəfər bu virusdan həyatını itirib. Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 69184nəfərə çatıb.  

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər