Boliviyada prezidentin vəzifəsini müvəqqəti icra edən şəxs koronavirusa yoluxub

Boliviyada prezidentin vəzifəsini müvəqqəti icra edən şəxs koronavirusa yoluxub

Boliviya prezidentinin vəzifəsini müvəqqəti icra edən Janin Anyesdə koronavirus infeksiyası aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. 

Janin Anyes "Twitter"dəki səhifəsində bildirib ki, koronavirus testi müsbət nəticə verib.

"COVID-19 testinin nəticələri müsbət oldu. Mənim vəziyyətim normaldır. Özünütəcrid şəraitində işləyəcəm", - deyə o qeyd edib. 

Xatırladaq ki, Boliviyanın Səhiyyə naziri, Mərkəzi Bankın sədri və ölkə Prezidenti Administrasiyasının rəhbəri də koronavirusa yoluxublar. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər