Göygöldə ferma yanıb, zərərçəkənlər var

Göygöldə ferma yanıb, zərərçəkənlər var

Göygöl şəhərində ferma yanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Fikrət Əmirov qəsəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər FHN-in əməkdaşlarıdır. Onlardan biri Göygöl Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxs isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən