Böyük Şor gölü təmizlənir - VİDEO, YENİLƏNİB

Böyük Şor gölü təmizlənir - VİDEO, YENİLƏNİB
İndiyədək göldən 14 tondan çox tullantı yığılıb

“Böyük Şor”un təmizlənməsi davam edir

Birinci vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir.


Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası gölün təmizlənməsi işlərini həyata keçirir. Gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Əraziyə toplanmış çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılır.

Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin əksəriyyəti təmizlənib.

Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 65 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir.

FHN-in xidmət rəisi Fuad Bağırov məlumat verir.

Digər xəbərlər
Bu gün
Dünən