Pak Vonsunun meyiti tapılıb

Pak Vonsunun meyiti tapılıb
Seul Merinin intihar etdiyi ehtimal olunur

Cənubi Koreyanın paytaxtı Seulun meri Pak Vonsunun meyiti tapılıb.

Onun intihar etdiyi ehtimal olunur.

Pak Vonsun ölümündən qabaq vəsiyyətnamə yazıb.

O, vəsiyyətnamədə ailəsinə çətin günlər yaşatdığını, buna görə üzr istədiyini bildirir.

Ölümündən sonra meyitinin kremasiya edilməsi və külünün valideynlərinin qəbri üstünə tökülməsini istəyib.

Pak Vonsunun meyitində heç bir zorakılıq izi aşkarlanmayıb.

Lakin polis onun hansı şəraitdə öldüyünü də açıqlamayıb.

Qeyd edək ki, Pak Vonsun 2022-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı vəzifəsinə potensial namizəd kimi görülürdü.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər