Şəmkirdə polis reydi - VİDEO

Şəmkirdə polis reydi - VİDEO
Tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirləri davam etdirir.

Yol Polisləri tibbi maskadan istifadə etməyən sürücüləri maarifləndirib. Onlara qoruyucu vasitələrdən istifadə etməyə çağırıblar. Şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücü tibbi maskadan istifadə etmədən sərnişindaşıma ilə məşğul olur. Avtomobil sahibi yalnız yol polislərini gördükdən sonra tibbi maskadan istifadə edir. Asayiş keşikçiləri sanitar-karantin qaydalarına əməl edilməsi üçün sürüclərlə maarifləndirici, izahedici söhbətlər aparır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanuna müvafiq tədbirlər görürlər.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər Şəmkir rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada cərimələnib.

Qeyd edək ki, Şəmkir şəhər yol polisinin əməkdaşları bu istiqamətdə tədbirləri gündəlik olaraq davam etdir.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən