Orfoqrafiya lüğətinin çapının təxirə salınmasının səbəbi açıqlandı

Orfoqrafiya lüğətinin çapının təxirə salınmasının səbəbi açıqlandı

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çapı növbəti dəfə bir neçə aylıq təxirə salınıb.

Bu barədə "Report"a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, lüğətin çap edilməsinin təxirə salınmasına səbəb orada bəzi mübahisəli sözlərin yer almasıdır:

“Hazırda həmin sözlərin üzərində iş aparılır. Bütün bu işlər yekunlaşdıqdan sonra isə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" sentyabrda çapa veriləcək”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər