ASCO onlayn kurslara başlayıb

ASCO onlayn kurslara başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində (TTM) onlayn kurs keçirilib.

Bu barədə REAL-a ASCO-dan məlumat verilib.

Koronavirus səbəbindən tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursunun nəzəri hissəsinin onlayn təşkil olunub.

8-10 iyul tarixlərində baş tutan kursu TTM-in baş təlimatçısı Cavanşir Rəcəbli aparıb. Kursda ASCO-nun həm Xəzər Dəniz Neft Donanması, həm Dəniz Nəqliyyat Donanmasının dənizçiləri iştirak ediblər. Dərslər Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun tərtib edilmiş və Dövlət Dəniz Agentliyi tərəfindən təsdiq olunmuş proqram üzrə aparılıb.

Qeyd edək ki, mütəmati olaraq keçiriləcək kursların praktiki hissəsi və yekun imtahanların verilməsi xüsusi karantin rejimi bitdikdən sonra baş tutacaq. Kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərə müvafiq sertifikatlar veriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər